Cənubi Koreya mətbuatı Şimali Koreya lideri Kim Çen İnin şəxsi fotoqrafının çəkiliş üçün müəyyənləşdirilmiş ciddi qaydaları pozduğuna görə işdən qovulduğunu bildirib.
Teleqraf.com xəbər verir ki, fotoqraf Ri rəhbərə həddən artıq yaxınlaşdığı üçün cəzalandırılıb.
Bildirilir ki, ABŞ və Şimali Koreya liderlərinin fevralın sonunda Hanoyda keçirilən sammitində Ri hansısa məqamda rəhbərə həddən çox yaxınlaşıb. Nəticədə Kim Çenin önünü bir neçə saniyəliyinə örtüb. Bu, ptotokolun dövlət başçısına hörmət maddəsinin pozulması kimi qiymətləndirilib.
Qeyd olunur ki, fotoqraf işdən uzaqlaşdırılmaqla yanaşı Koreya Əmək Partiyasından da xaric olunub.