23 Mart 2019 22:07
580
12 Punto 14 Punto 16 Punto 18 Punto

Londonun mərkəzində minlərlə insan Brexitlə bağlı ikinci referendumun keçirilməsi tələbi ilə küçələrə çıxıb.

Teleqraf.com xəbər verir ki, Hayd-parkda başlayan yürüş-mitinq parlamentin qarşısına qədər davam edib.

Mitinqdə Londonun bələdiyyə başçısı Sadiq Xan, Leyboristlər partiyasından olan deputat Tom Vatson, Şotlandiyanın birinci naziri Nikola Störgn, müstəqil deputat Anna Sörbi və sabiq baş prokuror Dominik Qriv də iştirak edib.


Müəllif: Teleqraf.com