24 Mart 2019 09:14
495
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şənbə günü Malinin mərkəzi hissəsində yerləşən yaşayış məntəqəsinə silahlı hücum nəticəsində fulbe (fulani) xalqının öldürülən nümayəndələrinin sayı 134 nəfərə çatıb.

Ölənlər arasında uşaqlar, hamilə qadınlar və yaşlı insanlar var.

"Franc-Press" yazır ki, hücumun arxasında doqon tayfası nümayəndələrinin durduğu ehtimal edilir.

22:21

Malinin mərkəzində yerləşən Bankas şəhəri yaxınlığında yerləşən yaşayış məntəqəsində fulani xalqına məxsus 110 çoban silahlı şəxslər tərəfindən qətlə yetirilib.

Bu barədə Bankas kommunasının merinə istinadən "Reuters" məlumat yayıb.

Merin sözlərinə görə, donzo ovçularının geyimində olan naməlum şəxslər cümə günündən şənbəyə keçən gecə Bankas yaxınlığındakı Oqassaqu və Velinqara yaşayış məntəqələrinə hücum ediblər.

"Oqossaqu kəndi tamamilə dağıdılıb", - deyə mer bildirib. Ölənlərin cəsədləri hələ də tapılmaqdadır.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər