25 Mart 2019 13:13
535
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə FETÖ şəbəkəsinə qarşı əməliyyatlar davam edir.

Teleqraf.com xəbər verir ki, Türkiyə hüquq mühafizə orqanları Adana şəhərinin 33 qəsəbəsində əməliyyat keçirib, 41 vəzifəli şəxs daxil olmaqla 51 nəfər saxlanılıb.

Saxlanılanlardan 41 nəfəri hazırda Türk Silahlı Qüvvələrində zabit kimi xidmət edir.

Eyni zamanda çoxlu sayda ünvanda axtarış həyata keçirilib.

Hazırda əməliyyatlar davam edir.


Müəllif: Cavad