25 Mart 2019 15:11
1 785
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin Penitensiar Xidmətinin əməkdaşlarının Nəcəf cəzaçəkmə müəssisəsində saxlanılan əsirləri döyməsi nəticəsində 15 nəfər yaralanıb.

Teleqraf.com-un məlumatına görə, Fələstin Əsirlər Klubu bəyan edib ki, İsrail həbsxanalar idarəsinin əməkdaşları məhkumların “bıçaqla hücum etdiyini” bəhanə gətirərək Nəcəf türməsində saxlanılan əsirlərə qaz bombası və plastik güllə ilə hücum edib.

Hücum nəticəsində üçü ağır olmaqla 15 fələstinli əsir yaralanıb. Yaralananlar xəstəxanaya aparılıb.
Fələstin Əsirlər Klubu Nəcəf həbsxanasında olan fələstinli əsirlərin müdafiəsi üçün beynəlxalq aləmə çağırış edib.

Fələstinin rəsmi qaynaqlarına görə, Nəcəf cəzaçəkmə müəssisəsində 1300 fələstinli əsir saxlanılır.

Ümumilikdə İsrail həbsxanalarında saxlanılan əsirlərin sayı isə altı mindən az deyil.


Müəllif: Cavad

Oxşar xəbərlər