25 Mart 2019 15:26
670
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polis narkotik alverçilərini balıq qarnında narkotik daşıyarkən saxlayıb.

Teleqraf.com xəbər verir ki, Türkiyənin Mersin şəhərində polis sərnişin daşıyan avtobusun baqajında axtarış aparıb və kokain ələ keçirib.

Polis baqajda itlərin dəstəyi ilə yoxlama apararkən itlərdən biri bağlamaya təpik vurub. Dərhal həmin bağlama nəzarətə götürülüb. Bağlama qutu açılarkən buz arasında 5 ədəd balıq çıxıb. Balıqlara baxış zamanı məlum olub ki, onun içərisində kokain aparılır.

Polis özü bu mənzərədən təəccüblənib. İki nəfər həbs edilib.


Müəllif: Cavad