25 Mart 2019 15:55
647
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Kaliforniya ştatı ərazisində məscid yandırılıb.

Teleqraf.com xəbər verir ki, məscidin dayanacağında Yeni Zelandiyada martın 15-də iki məscidi hədəfə alan terror hücumuna dair qeyd ələ keçirilib.

Eskondido polis məmuru Lick Yeni Zelandiyada iki məscidi hədəfə alan terror hücumuna dair işarət faktının tapıldığını təsdiq edib, lakin bununla bağlı detallı məlumat verməyib.

San Dieqo şəhərinin 48 kilometrliyində yerləşən məscidin qəsdən və ya nifrət səbəbindən yandırıldığı hələlik bəlli deyil. Məscid yandırılarkən içərisində 7 nəfər olub.

Məlumata görə, məsciddə yanğının yayılmasının qarşısı dərhal alınıb. Yanğın zamanı xəsarət alan olmayıb.


Müəllif: Cavad