25 Mart 2019 16:25
587
12 Punto 14 Punto 16 Punto 18 Punto

10 gün ərzində İranın 13 vilayətində seldən zərər çəkən 113 mindən çox insana yardım edilib.

Teleqraf.com İranın Qırmızı Aypara Cəmiyyətinin informasiya portalına istinadla xəbər verir ki, bunu Cəmiyyətin Yardım və Xilasetmə Təşkilatının sədri Murtaza Səlimi deyib.

M.Səliminin sözlərinə görə, sel və daşqınlar nəticəsində xəsarət alan 922 nəfər tibb məntəqələrinə çatdırılıb.

Təşkilatın sədr müavini Şahin Fəthi isə bildirib ki, ötən 1 sutka ərzində İranın 13 vilayəti güclü qar, çovğun və daşqınlarla üzləşib:

"Bir gündə 34 şəhər və kənddə, eləcə də dağlıq ərazilərdə 1530 nəfərə yardım edilib və 200 nəfər müvəqqəti sığınacaqlarda yerləşdirilib".

İranın Lorestan vilayətində isə daşqınlar fəsadlar törətməyə başlayıb.

İranda yağıntıların martın 27-dək davam edəcəyi proqnozlaşdırılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər