BMT-nin Qolan yüksəkliklərinin statusu üzrə mövqeyi dəyişməz olaraq qalır.
Teleqraf.com xəbər verir ki, bu barədə BMT-nin baş katibinin mətbuat katibi Stefan Cüjarrik bildirib.
S.Cüjarrik deyib: "Baş katib üçün aydırndır ki, Qolan yüksəkliklərinin statusu dayişmədi. BMT-nin Qolan yüksəklikləri üzrə mövqeyi Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində əks etdirilib".
Qeyd edək ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp Ağ Evdə İsrailin baş naziri Binyamin Netanyahu ilə danışıqlar çərçivəsində İsrailin Qolan yüksəklikləri üzərində suverenliyinin tanınması barədə sənəd imzalayıb.