26 Mart 2019 11:15
445
12 Punto 14 Punto 16 Punto 18 Punto

HƏMAS hərəkatı Misirin vasitəçiliyi ilə Qəzza sektorunda atəşkəsə nail olduğunu elan edib.

Teleqraf.com xəbər verir ki, HƏMAS-ın sözçüsü Fevzi Berhum Misir tərəfinin İsraillə Fələstinin dirəniş qrupları arasında atəşkəsin əldə edilməsi cəhdlərinin uğurlu olduğunu bildirib.

Berhum əlavə edib ki, artıq atəşkəs qərarı qüvvəyə minib.

Ancaq İsrail və Misir tərəfi hələlik atəşkəslə bağlı mövqe ifadə etməyib.


Müəllif: Cavad

Oxşar xəbərlər