26 Mart 2019 18:09
1 109
12 Punto 14 Punto 16 Punto 18 Punto

NASA tarixdə ilk dəfə olaraq qadın kosmonavtlardan ibarət qrupun kosmosa səfərini təxirə salıb.

Teleqraf.com xəbər verir ki, səfər kosmik kostyumlarla bağlı problem yaranması səbəbindən təxirə salınıb.

NASA-dan verilən açıqlamada qeyd edilib ki, kosmonavtların ölçüsünə uyğun kosmik geyim olmaması səbəbindən uşuş planına dəyişiklik edib.

Qeyd edilib ki, kosmonavtlardan Anna Makklain və Kristina Koçun eyni ölçüdə kostyuma ehtiyacları olduğu ortaya çıxıb. Səfərin planlaşdırıldığı vaxta qədər isə yalnız bir kostyum hazırlana bilər. Bu kostyumun isə Koça verilməsi qərara alınıb.


Müəllif: Cavad