ABŞ Mərakeşə 25 qırıcı təyyarəni 3 milyard 787 milyon dollara satacaq.
Teleqraf.com xəbər verir ki, ABŞ Dövlət Departamenti F-16D və C versiyalarının Blok 72 seriyasının Mərakeşə satışına razılıq verib.
ABŞ Müdafiə Nazirliyinin Müdafiə və Təhlükəsizlik Agentliyi Mərakeşə silah satışı üçün Konqresə müvafiq sənəd göndərib.
Sənəddə qeyd edilir ki, Mərakeş hökuməti 25 ədəd qırıcı təyyarə almaq istəyindədir və Dövlət Departamenti 3 milyard 787 milyon dollarlıq müqaviləyə razılığını ifadə edib.