Malidə kəndə edilən hücum zamanı öldürülənlərin sayı 154 nəfərə çatıb.
Teleqraf.com xəbər verir ki, bu qanlı hadisə Malinin Mopti rayonunun Fulani kəndində yaşanıb.
Məlumata görə, silahlı şəxslərin ötən cümə günü etdikləri hücum zamanı 154 nəfər öldürülüb, 30-dan çox insan isə yaralanıb.
Mali Prezidenti İbrahim Boubakar hadisə yerini ziyarət edib.
Prezident bəyan edib ki, kənd tamamilə boşaldılıb, dövlət kəndi tam əvvəlki durumuna qaytaracaq və faciə yaşayan insanlara hər cür dəstək göstərəcək.