27 Mart 2019 01:35
664
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstan Pakistanın baş naziri İmran Xanın Əfqanıstanda müvəqqəti hökumətin formalaşması zərurəti haqqında şərhləri ilə əlaqədar bu ölkədəki səfirini geri çağırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Xan Pakistan jurnalistlərinə bildirib ki, müvəqqəti əfqan hökumətinin formalaşması ABŞ-ın rəsmi şəxsləri və "talib"lər arasında sülh danışıqlarına kömək edəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər