Türkiyənin Milli Kəşfiyyat Təşkilatı və Türk Silahlı Qüvvələrinin Qəndil dağlarında keçirdiyi əməliyyat nəticəsində PKK terror təşkilatının bir neçə lideri öldürülüb.
Teleqraf.com xəbər verir ki, birgə keçirilən əməliyyat zamanı Qəndil dağlarında gizlənən və PKK daxilində ciddi nüfuza sahib olan şəxslər hava zərbələri ilə zərərləşdirilib.
Əməliyyat nəticəsində PKK lideri Cəmil Bayıkın yaxın adamlarından Rıza Altun vurulub. Rıza Altun ağır yaralanıb, ancaq onunla birlikdə olan Mikayıl Özdəmir, Əmirullah Dursun və Əli Aktaşında olduğu bir neçə şəxs zərərləşdirilib.
Adı çəkilən terrorçular PKK rəhbərliyində təmsil olunan şəxslərdir.