Türkiyədən yola çıxan tanker Liviya sularında qaçırılıb.
Axar.az xəbər verir ki, bu barədə İtaliya mediası məlumat yayıb.
Məlumatda bildirilir ki, miqrantları Liviya sularında ölümdən xilas edən tankeri elə miqrantlar özləri qaçırıb. Miqrantların "Əl Hiblu 1" adlı gəmini Maltaya aparmaq istədikləri bildirilib. Gəmidə Türkiyə vətəndaşlarının da olduğu deyilib.