Rusiya lideri Vladimir Putinlə ikitərəfli danışıqlar mümkündür, ancaq kompleks məsələlər beynəlxalq partnyorların iştirakı ilə həll edilməlidir.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Ukrayna prezidenti Pyotr Poroşenko bildirib.
“İkitərəfli danışıqlar ola bilərmi? Əlbəttə, biz suveren müstəqil dövlətik”, - Poroşenko deyib.
Ancaq, onun sözlərinə görə, Kiyevin mövqeyi ukraynameylli koalisiyanın dəstəyi olmadan zəif olacaq.