28 Mart 2019 12:17
715
12 Punto 14 Punto 16 Punto 18 Punto

Banqladeşli qadın doğuşdan bir ay sonra növbəti dəfə əkiz uşaqlar dünyaya gətirib.

Bu barədə BBC məlumat yayıb.

20 yaşlı Arifə Sultan fevral ayının sonlarında erkən doğuş edib. 26 gündən sonra evdə qarın nayihəsində kəskin ağrılar hiss etməyə başlayıb. Xəstəxanaya müraciət etdikdən sonra həkimlər onun hamilə olduğunu, ikinci uşaqlığında əkizlərin olduğunu müəyyən ediblər.

Dərhal qeysəriyyə üsulu ilə əməliyyat keçirilib və hər iki uşaq sağlam şəkildə dünyaya gəlib.

Baş verən hadisə yerli tibb mütəxəssislərinin təəccübünə səbəb olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər