28 Mart 2019 14:47
2 882
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ və Türkiyə arasında yeni gərginlik gözlənilir.

Teleqraf.com-un məlumatına görə, “Röyter” növbəti böhranın anonsunu adının çəkilməsini istəməyən yüksək çinli iki ABŞ rəsmisinə istinadla verib.

ABŞ rəsmiləri bildiriblər ki, Türkiyənin Rusiyadan S-400 almaq planları Vaşinqton-Ankara xəttində ciddi problemə səbəb olacaq və F-35 istehsalı prosesində xüsusi əhəmiyyəti olan Türkiyə bu layihədən kənarda saxlanılacaq.

Trilyon dollarlıq F-35 döyüş təyyarələri layihəsini böyük maliyyə və avadanlıqlarla təchiz edən Türkiyə bundan böyük ziyan görə bilər.

Həmin rəsmilər Ankaranın S-400 almasının F-35-lərin qüdrətini sarsıda biləcəyini deyiblər.

Bildirilir ki, Türkiyənin F-35-lərin istehsalı prosesindən kənarlaşdırılması bu layihəni maksimum 3 ay ləngidəcək.


Müəllif: Cavad

Oxşar xəbərlər