ABŞ Prezidenti Donald Tramp neftin dəyərinin davamlı şəkildə artımının qarşısını almaq üçün növbəti dəfə OPEC ölkələrini neft hasilatını artırmağa çağırıb.
Teleqraf.com xəbər verir ki, o, bu barədə "Twitter" səhifəsində yazıb.
"OPEC-in neft axınını artırması çox vacibdir. Dünya bazarları kövrəkdir, neftin qiyməti çox artır", - D.Tramp yazıb.