29 Mart 2019 11:13
1 022
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qadın polis nişanlısı olan kişi polisi avtomobildə güllələyib.

Teleqraf.com xəbər verir ki, nişanlısını güllələyən Yeliz daha sonra intihar edib.

Hadisə Türkiyə paytaxtının Çankaya qəsəbəsində qeydə alınıb. Güllələnən komissar köməkçisi Həsən Hüseyn təcili xəstəxanaya çatdırılıb və durumunun ağır olduğu deyilir.

Məlumata görə, nişanlı olan polis cütlüyü avtomobilin içində mübahisə edib. Mübahisənin böyüməsi xanım polisi məcbur edib ki, belindəki tapança ilə gələcək həyat yoldaşını güllələsin.

Həsən Hüseyni güllələyən polis xanım nişanlısının qan içində olduğunu gördükdən sonra tapança ilə özünü vurub.


Müəllif: Cavad