29 Mart 2019 13:05
1 094
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keçmiş hakim və Stavropol diyarının Oktyabr Rayon Məhkəməsinin keçmiş sədri Yuri Makarov birinci kvalifikasiya dərəcəsindən də məhrum edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə məhkəmə kollegiyası qərar çıxarıb.

Məhkəmə nümayəndəsi TASS-a izah edib ki, vəzifəsini tərk etmiş hakim indi həm də özünün xüsusi statusundan məhrum olunub, toxunulmazlığı əlindən alınıb və hazırda adi vətəndaş statusundadır.

Qeyd edək ki, müşahidə kamerası Y.Makarovu çılpaq qadınla bir yerdə olduğu zaman qeydə alıb. Həmin görüntülər 2018-ci ilin avqustunda sosial şəbəkədə yayılıb. Kadrlardan görünür ki, nömrəsi hakimin avtomobilinin nömrəsi ilə eyni olan ağ rəngli xarici markalı avtomobildən bir çılpaq qadın və bir kişi çıxır. Onlar mağazaya daxil olur, qadın alkoqol alır. Bütün bu vaxt ərzində isə onun “peyki” prosesi mobil telefonla çəkir.

Rolik sosial şəbəkədə yayımlandıqdan sonra Makarov bəyanat yayaraq səlahiyyətlərinə xitam verdiyini açıqlayıb.

Həmin ilin oktyabrın 26-da Stavropol Diyar Məhkəməsinin Məhkəmə Departamenti İdarəsində qalmaqallı video müzakirə olunub. Y.Makarov etiraf edib ki, kadrlarda əks olunan o özüdür. Bu zaman Məhkəmə Şurası Makarovu istefaya göndərmək barədə qərar qəbul edib.

Y.Makarov Saratov Hüquq İnstitutunda təhsil alıb. 1987-ci ildən etibarən Stavropol diyarının Andropov rayon Xalq Məhkəməsinin hakimi vəzifəsində çalışıb, 1990-cı ilin mart ayında bu məhkəmənin sədri seçilib. Bundan sonra Y.Makarov 15 il Stavropol Diyar Məhkəməsinin hakimi olub. 2015-ci ilin oktyabrında Oktyabr Rayon Məhkəməsinin sədri təyin olunub.


Müəllif: Səxavət

Oxşar xəbərlər