Ərəb Birliyi ABŞ Prezidenti Donald Trampın Qolan təpələrini İsrailin torpağı kimi tanıması haqda qərarını keçərsiz sayıb.
Teleqraf.com xatırladır ki, məsələ Tunisdə Ərəb Birliyi xarici işlər nazirlərinin zirvə görüşündə müzakirə olunub.
Ərəb Birliyinin sözçüsü Mahmud Hümeyri keçirdiyi mətbuat konfransında bildirib ki, ABŞ-ın Qolan təpələrini İsrailin ərazisi sayması BMT-nin qərarlarına ziddir və bu işğalı tanımaq qeyri-mümkündür.
Hümeyrinin sözlərinə görə, Ərəb Birliyində təmsil olunan ölkələrin ortaq fikri belədir ki, Qolan təpələri Suriya torpağıdır: “Ərəb Birliyi eyni zamanda BMT-nin Suriyaya istiqamətli cəhdlərini dəstəkləyir”.