30 Mart 2019 14:34
791
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müharibə və münaqişə qurbanlarının yarısından çoxu qadın və qız uşaqlarıdır. Mülki insanların təhlükəsizliyi hökumətlərin bir nömrəli işidir.

Teleqraf.com xəbər verir ki, bu bəyanatla dünyaca məşhur aktrisa və BMT-nin sülh səfiri Ancelina Coli çıxış edib.

Aktrisa BMT-nin sülhə xidmət edən missiyalarının birgə toplantısında hökumətləri mülki insanları qorumağa çağırıb.

18 il əvvəl BMT-nin sülh missiyasında çalışmağa başladığını xatırladan Coli o dövrdə dünyada evini tərk edən və qaçqın düşənlərin sayının 20 milyondan az olduğunu, hazırda isə bu rəqəmin 65 milyonu keçdiyini dilə gətirib.

Onun sözlərinə görə, hər ötən gün qaçqın sayında artım müşahidə edilir.

Ancelina Coli qaçqın qadınların təcavüz və cinsi zorakılığa məruz qaldığına işarəylə bəyan edib ki, zorakılığa səssiz qalmaq ayıbdır.


Müəllif: Cavad

Oxşar xəbərlər