2 Sentyabr 2014 18:29
1 103
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya Ərzaq Proqramı (WFP) Suriyada avqust ayında rekord sayda insana çatacaq qida yardımı etdiyini bildirib.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə WFP-nin sözçüsü Elisabeth Byrs BMT-nin Cenevrə Ofisində keçirilən mətbuat konfransında deyib.

Şiddətli toqquşmalar WFP-nin xüsusilə ölkənin şimalındakı Haseke, Deyrezor və Rakkada insanlara yardım etməsini əngəllədiyini bildirən Byrs ancaq ölkə daxilində ötən ayda 4.1 milyon insana qida yardımı etdiklərini açıqlayıb.

E.Byrs Suriyadakı daxili müharibədən əziyyət çəkən insanlara kömək edə bilmək üçün hər həftə 35 milyon dollara ehtiyac duyulduğunu da qeyd edib.

Samir

QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müracət edəcəyik.


Müəllif:

Oxşar xəbərlər