İngiltərədə nənə özünün nəvəsini dünyaya gətirib.
Teleqraf.com xəbər verir ki, 55 yaşlı Emma Miles uşaq dünyaya gətirə bilməyən qızı üçün övlad doğmağa razılaşıb.
İki övlad anası olan Miles daşıyıcı ana olmaq üçün əvvəlcə 38 kiloqram arıqlayıb və hormon dərmanları qəbul edib.
Miles qızının uşaq sahibi ola bilməyəcəyini öyrəndikdən sonra üzülən qızına hədiyyə vermək məqsədilə daşıyıcı ana olmaq fikrini özü deyib.
31 yaşlı qızı və onun 40 yaşlı nişanlısından götürülmüş sperma nənənin bətninə yerləşdirilib. Evie adı verilən qız bu ilin yanvarın 16-da dünyaya gəlib. Uşaq doğulandan iki həftə sonra isə cütlük rəsmən evlənib.
İngiltərə qanunlarına əsasən bu yolla doğulan uşaqların valideyn hüquqları onu doğan daşıyıcı anaya verilir.