30 Mart 2019 19:18
1 304
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da cəzaçəkmə xarakterli ruhi xəstələr dispanserində 4 gözətçi bir xəstəni ölümünə döyüb. Bu olayın video-görüntüləri ölkədə rezonans doğurub.

Teleqraf.com xəbər verir ki, gözətçilərin xəstəylə rəftarının video görüntüləri ortaya çıxdıqdan sonra 3 nəfər işdən qovulub və cinayət işi açılıb.

Hadisə ABŞ-ın Alabama ştatında qeydə alınıb. Videonu xəstə məhkumun vəkili yayıb.

Videodan aydın olur ki, gözətçilər ucadan gülən məhkumu susdurmaq üçün hərəkətə keçirlər. Plastik qalxanla kameraya daxil olan mühafizəçilər əvvəlcə məhkumu divara çırpır, onlardan biri isə yumruqla məhkumun sifətinə zərbələr endirir.

Ardınca məhkumu yerə uzadır, şok tapança ilə ona elektrik verirlər. Bu zorakılıq hadisəsi məhkumun dəmir stula bağlanması anına qədər davam edir.

Qeyd edilir ki, bu həbsxanada zorakılıq hadisələrinin baş verməsi ilk hadisə deyil. 200 məhkum xəstənin vəkili həbsxana rəhbərliyinə qarşı məhkəmədə 1,4 milyon dollarlıq təzminat davası açıb və bu işi udub.


Müəllif: Cavad

Oxşar xəbərlər