Türkiyədə növbəti bələdiyyə seçkiləri keçirilir.
Teleqraf.com xəbər verir ki, ölkənin şərq və cənub-şərq bölgələrini əhatə edən 31 vilayətdə səsvermə yerli vaxtla saat 07.00-da başlayıb. Bu vilayətlərdə səsvermə 16.00-dək davam edəcək. Digər bölgələrdə isə səsvermə saat 08.00-dan 17.00-dək davam edəcək.
Ali Seçki Komissiyasının məlumatına görə, ölkə üzə təxminən 57 milyon vətəndaş səsvermədə iştirak etmək hüququna malikdir.
Seçkilərə hakim Ədalət və İnkişaf Partiyası, Cümhuriyyət Xalq Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Səadət Partiyası, Müstəqil Türkiyə Partiyası (Bağımsız Türkiye Partisi), Türkiyə Kommunist Partiyası, Vətən Partiyası, Böyük Birlik Partiyası, Azad Mübarizə Partiyası (Hür Dava Partisi), Demokrat Partiya, "İYİ Parti", Xalqların Demokratik Partiyası və Demokratik Solçu Partiyası qatılıb.
Qeyd edək ki, Türkiyədə bələdiyyə seçkiləri beş ildən bir keçirilir.