Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün ölkədə keçirilən bələdiyyə seçkilərində səsvermə hüququndan istifadə edib.
Teleqraf.com xəbər verir ki, həyat yoldaşı Əminə Ərdoğanla Saffət Çəbi adına orta məktəbinə gələn ölkə başçısı səs verib.
Ərdoğan jurnalistlərə açıqlamasında yerli seçkilərdəki uğurun mərkəzi sistemi də gücləndirəcəyini bildirib:
"Əvvəla səhər yaxşı başlayan sonra Malatyada baş verən hadisə həqiqətən bizləri məyus etdi. Belə bir hadisə yaşanmamalı idi. Təəssüflər olsun ki, iki vətəndaşımızın ölümü prezident kimi məni ciddi şəkildə üzdü. Eləcə də dostlarımı...Hüquq mühafizə orqanları faktla bağlı araşdırma aparır. Hər iki dostumuza rəhmət diləyir, ailələrinə səbr arzulayıram".
Qeyd edək ki, Türkiyənin Malatya əyalətinin Poturge rayonunda seçkilər zamanı atışma baş verib, nəticədə 2 nəfər həlak olub.