1 Aprel 2019 07:05
579
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayip Ərdoğan bələdiyyə seçkilərinin ilkin nəticələrinin elan edilməsindən sonra Ankarada ənənəvi nitqlə çıxış edib.

Dövlət başçısı qeyd edib ki, Türkiyə xalqının dəstəyi onun başçılıq etdiyi Ədalət və İnkişaf Partiyasına ölkədə keçirilən seçkilərdə 15-ci dəfə qalib gəlməyə imkan verib.

Prezident AKP-yə və Xalq Alyansına göstərilmiş dəstəyə görə xalqa təşəkkür edib. Türkiyə lideri qeyd edib ki, bələdiyyə seçkilərinin nəticəsinə görə bu blokdan olan namizədlər778 bələdiyyə orqanında, həmçinin 16 böyük şəhərdəqalib gəliblər.

"Bizim üçün siyasət xalqa xidmət etmək imkanıdır, ona qarşı durmaq və ya ona nifrət etmək üçün səbəb deyil", - deyə Ərdoğan qeyd edib. Dövlət başçısı bildirib ki, bundan sonra onlar həmin prinsipə əsaslanaraq fəaliyyət göstərəcəklər.

Ərdoğan xatırladıb ki, Türkiyədə 4,5 il ərzində seçkilərin keçirilməyəcəyi dövr başlanıb.

Daha əvvəl Ədalət və İnkişaf Partiyasının İstanbul Böyükşəhər Bələdiyyə sədrliyinə namizədi Binəli Yıldırım bildirib ki, seçkilərdə 48,71 faiz səslə qalib gəlib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər