Slovakiyada prezident seçkilərinin ikinci turunda səslərin 58 faizini qazanan Zuzana Kaputova ölkənin ilk qadın prezidenti seçilib.
Teleqraf.com xəbər verir ki, seçkilərin ikinci turunda Slovakiya Partiyasının namizədi Kaputova iqtidardakı Sosial Demokrat Partiyasının namizədi Maroş Sefcovicslə mübarizə aparıb.
Səslərin 95 faizinin sayıldığı rəsmən elan olunub. Kaputova 58 faiz, rəqibi Maroş Sefcovic isə 41 faiz səs alıb.