1 Aprel 2019 14:48
1 022
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın İctimai Televiziyası Rusiyanın “S7 AirSpace Corporation” kompaniyasının sahiblərindən biri olan Natalya Filyovanın həlak olması ilə nəticələnən təyyarə qəzasının görüntülərini yayımlayıb.

Teleqraf.com xəbər verir ki, kadrlarda fövqəladə hallar xidməti əməkdaşlarının hava gəmisini köpüklə söndürdükləri görünür.

Qeyd edək ki, N.Filyova atası Valeri Karaçevlə birgə “Epic-LT” markalı xüsusi təyyarədə müalicə məqsədilə Almaniyaya uçub. Qəzaya uğrayan biznes-jet də şirkətin törəmə müəssisəsi olan “Qlobus” aviakompaniyasına məxsus olub.

Təyyarədə onlardan əlavə bir pilot olub. Frankfurt Maynda hava limanına enərkən təyyarə idarəetməni itirib. Qəzadan heç kim sağ çıxa bilməyib.

Beynəlxalq komissiya rusiyalı ekspertlərlə birgə qəza ilə bağlı təhqiqat aparır.

Qeyd edək ki, Natalya və əri Vladislav Filyov “S7 Group”un sahibidir. 55 yaşlı Natalya Rusiyanın ən zəngin qadınlarından biri idi. “Forbes” jurnalı 2018-ci ildə onun sərvətinin həcmini 600 milyon dollar həcmində qiymətləndirib. O, Rusiyanın ən zəngin qadınları siyahısında dördüncü yerdə idi.


Müəllif: Səxavət

Oxşar xəbərlər