Əlcəzair prezidenti Əbdüləziz Buteflika istefa verdiyini bəyan edib.
Teleqraf.com xəbər verir ki, Buteflika bu gün Konstitusiya Şurasının prezidentini rəsmən dövlət başçısı səlahiyyətlərini dayandırdığı barədə məlumatlandırıb.
Qeyd edək ki, bir müddət öncə 5-ci müddətə prezidentlik iddiasını irəli sürən Əbdüləziz Buteflikaya qarşı ölkə boyu etirazlar başlayıb.