2 Aprel 2019 11:38
752
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərə parlamenti Breksit mərhələsinin gələcəyi ilə bağlı 4 fərqli ssenarini rədd edib.

Teleqraf.com xəbər verir ki, parlamentin alt qanadı Avam Kamarası Gömrük Birliyi ilə bağlı mümkün ssenarini 3 səs fərqi ilə qəbul etməyib.

İngiltərənin Gömrük Birliyində üzvlüyünün davam etməsi məsələsinə 273 deputat hə, 276 deputat isə xeyr deyib.

İngiltərənin Gömrük Birliyi, Tək Bazar və Avropa Sərbəst Ticarət Qurumunda üzvlüyünün davam etməsi lehinə 261, əleyhinə 282 səs verilib.

Breksit razılaşmasının referendum vasitəsilə xalqın səsverməsinə çıxarılmasına 280 deputat hə, 292 deputat isə yox deyib.

Breksit razılaşmasının əldə edilməməsi durumunda 50-ci maddənin dayandırılması və Breksitdən imtina olunması məsələsinə 191 deputat hə, 292 deputat isə yox deyib.

Hökumətdə Breksit siyasəti və referendumun nəticələri ilə ortaya çıxan ssenariləri tətbiq etmək niyyətində olmadığını açıqlayıb.

Normal təqvimə görə, əslində İngiltərə ötən həftənin cümə günündən Avropa Birliyi ilə rəsmən ayrılmalı idi.


Müəllif: Cavad

Oxşar xəbərlər