Ukraynada seçkinin ikinci turunda prezidentliyə iki namizəd mübarizə aparacaq.
Teleqraf.com xəbər verir ki, bunlar şoumen və “Xalqa xidmət” Partiyasının sədri Vladimir Zelenski və hazırkı prezident Petro Poroşenkodur. Ukrayna Mərkəzi Seçki Komissiyası bildirib ki, digər namizədlər istənilən halda ikinci tura keçmək şansını itiriblər. Səslərin 97,48 faizinin sayılmasından sonra hər iki namizəd ikinci tura keçmək şansı qazanıb.
Hal-hazırda Zelenskiyə səslərin 30,24 faizi, Poroşenkoya isə 15,93 faizi verilib. Üçüncü yerdə “Batkivşina” Partiyasının lideri Yuliya Timoşenkodur – 13,39 faiz.
Ukraynadakı prezident seçkilərinin ilk turu martın 31-də keçirilib. İkinci tur aprelin 21-də baş tutacaq.
Ukraynanın ədliyyə naziri Pavel Petrenko az öncə bəyan edib ki, bütövlükdə seçkinin nəticələri apelyasiya şikayətinə məruz qalma bilməz. Bu prosedur yalnız ayrı-ayrı seçki məntəqələrində mümkündür.