Türkiyənin Ədalət və İnkişaf Partiyası (AKP) İstanbulun bütün rayonlarında seçkinin nəticələrinə etiraz etmək barədə qərar qəbul edib.
Teleqraf.com xəbər verir ki, məlumatı “Hürriyet” yayıb.
Bildirilib ki, partiyanın İstanbulun 39 rayonunda bələdiyyə seçkilərinin nəticələrinə etiraz qərarı aprelin 2-də yerli vaxtla saat 15-də (Bakı vaxtı ilə 16-da) Mərkəzi Seçki Komissiyasına təqdim olunacaq.
Qeyd edək ki, martın 31-də Türkiyədə bələdiyyələrə seçkilər keçirilib.