Ermənistan müdafiə naziri David Tonoyan Azərbaycana qarşı səsləndirdiyi fikirlərə aydınlıq gətirib.
Teleqraf.com xəbər verir ki, nazir ABŞ-da səsləndirdiyi bəyanatının hökumət proqramının prioritetlərindən kənara çıxmadığını açıqlayıb.
Nazirin sözlərinə görə, bəyanatının Ermənistan cəmiyyəti tərəfindən təəccüblə qarşılanmasına heyrətlənib.
Qeyd edək ki, bundan əvvəl Nyu-Yorkda erməni icması ilə görüşdə David Tonoyan “sülh bölgəsi” formulunu “yeni müharibə - yeni ərazilər” adlandırmışdı.
Müdafiə nazirinin açıqlamasına cavab verən Baş nazir Nikol Paşinyan qeyd edib ki, David Tonoyan başqa bir bəyanatla çıxış etsəydi, onu istefaya göndərəcəkdi.