3 Aprel 2019 10:28
548
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Pravoslav Kilsəsinin (RPK) rəhbəri Moskva və bütün Rusiyanın patriarxı Kirill bütün ermənilərin katolikosu II Qaregin ilə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsini müzakirə edib.

Məlumatı patriarxlığının mətbuat xidməti yayıb.

Erməni katolikosu Dağlıq Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə həlli regionda sülh və sabitliyin qorunması üçün vacibdir: "Problemin həlli üçün ən vacib məsələ sülhə aparan ab-havanın yaradılması, eyni zamanda qarşılıqlı etimadın artırılması və müharibə ritorikasının azaldılması istiqamətində tədbirlərin həyata keçirilməsidir".

O, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə töhfə vermək üçün Rusiya, Azərbaycan və Ermənistan dini liderlərinin üçtərəfli görüşlərini təşkil etdiyinə görə Kirilə minnətdarlığını bildirib./Report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər