3 Aprel 2019 11:07
1 273
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəsmi olmayan nəticələrə görə, İstanbul bələdiyyə sədri seçilən CHP namizədi Əkrəm İmamoğlunun Ankarada Mustafa Kamal Atatürkün mavzoleyini ziyarət etməsi və xatirə kitabında özünü İstanbul bələdiyyə sədri kimi təqdim etməsi paytaxtı qarışdırıb.

Teleqraf.com xəbər verir ki, Atatürkün məzar abidə kompleksinə xanımı və övladları ilə gedən İmamoğlu “Mustafa Kamalın əsgəriyik” şüarları ilə qarşılanıb.

Əkrəm İmamoğlu Atatürkün məzarı önünə çiçək dəsti qoyub, daha sonra xatirə kitabına yazdığı fikirlərdən sonra özünün “Əkrəm İmamoğlu - İstanbul Böyük Şəhər Bələdiyyə sədri” kimi qeyd edərək imzasını atıb.

AKP-nin sözçüsü Ömər Çelik Əkrəm İmamoğlunun Anıtqəbirdə xatirə dəftərininin altında yazdığı imzasına reaksiya verib: “CHP namizədi böyük bir manipulyasiya edir. Anıtqəbirdə dəftərə atdığı imzada bu ziyarəti istismar edən bir durum ortaya qoyub. Anıtqəbr komandanlığı da pis duruma düşüb. Tvitterdı istədiyinizi yaza bilərsiniz, ancaq Anıtqərb dəftərinə istədiyinizi yaza bilmərsiniz”.


Müəllif: Cavad

Oxşar xəbərlər