ABŞ-ın NATO-dakı təmsilçisi Kay Bali Hatçison Türkiyənin Rusiyadan “S-400” raket sistemlərinin alışını dayandırmayacağı halda, alyansan çıxarılıb-çıxarılmayacağı ilə bağlı suala cavab verib.
Teleqraf.com xəbər verir ki, Hatçison NATO-nun bu məsələdən narahatlıq keçirdiyini, Rusiyadan silah alınmasının yanlış olduğunu bildirib.
Amerikalı diplomat qeyd edib ki, Türkiyənin Rusiyadan hava hücumundan müdafiə sistemləri almasından ABŞ da narahatdır:
“Çünki bu, tərəflər arasında məlumat mübadiləsinin və təmasların kəsilməsinə yol aça bilər”.