ABŞ Prezidenti Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Ankaranın Rusiyadan S-400 zenit-raket komplekslərinin alınması və ABŞ-ın Türkiyəyə F-35 qırıcıları tədarük etməsi ilə bağlı məsələni həll edəcəyinə vəd verib.
Teleqraf.com-un məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Nazir qeyd edib ki, ABŞ lideri bu vədi Ərdoğanla telefon söhbəti zamanı səsləndirib:
"O söz verib ki, bu məsələnin həlli üçün əlindən gələni edəcək".