4 Aprel 2019 00:09
1 252
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ NATO üzrə müttəfiqlərinin ittifaqın birliyini təhdid edən rəqiblərin silahını əldə etməsinə sakit dayanmaq niyyətində deyil.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Mayk Pens Türkiyənin Rusiyanın ZRK S-400 raketlərini almasını şərh edərkən özünün "Twitter" səhifəsində yazıb.

"Türkiyə seçim etməlidir. O, tarixin ən müvəffəqiyyətli hərbi ittifaqında əhəmiyyətli partnyor kimi qalmaq istəyirmi, yoxsa belə düşünülməmiş qərarları - hansılar ki, bizim ittifaqımızı pozur - qəbul edərək bu əməkdaşlığın təhlükəsizliyinə risk etmək istəyir",- deyə Pensin mesajında bildirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər