4 Aprel 2019 11:30
1 491
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbulda 3 qəsəbədə səslər yenidən sayılıb, amma bu ümumi mənzərəni dəyişməyib.

Teleqraf.com xəbər verir ki, bu sözləri Cümhuriyyət Xalq Partiyasının sədr müavini və təşkilatın sözçüsü Faiq Öztrak deyib.

Qeyd edək ki, hazırda İstanbul bələdiyyəsi uğrunda hakim AKP və müxalif CHP arasında seçki yarışması davam edir. AKP-nin tələbi üzrə bəzi qəsəbə və rayonlardakı seçki məntəqələrində səslər yenidən sayılır.

Faiq Öztrak bildirib ki, ümumilikdə İstanbulda 21 qəsəbədə səslər yenidən sayılması davam edir. 5 qəsəbədə səslərin hamısının, digərlərində isə etibarsız bülletenlərin sayılması nəzərdə tutulur. 3 qəsəbədə səslər sayılıb və bu ümumi nəticəni dəyişməyib.

CHP funksioneri deyib ki, seçkinin nəticələrindən hər kəs etiraz edə bilər, amma bunun üçün əldə dəlillərin olması lazımdır: “Etiraz edə bilməz üçün seçki qutusunun başında duran şəxslərin aşkarladığı faktlara sahib olmaq lazımdır. Etiraz bir hüquqdur. Amma etirazın özü də hüququ olmalıdır. Bu gün 18 qəsəbədə səslərin sayılması haqda tələbi seçki orqanları rədd edib”.


Müəllif: Cavad

Oxşar xəbərlər