4 Aprel 2019 12:23
760
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Mərkəzi Seçki Komissiyası protokolların 100 faizinin hesablanmasından sonra əldə edilən nəticəni özünün internet saytında yerləşdirib.

Teleqraf.com xəbər verir ki, teleaparıcı və “Xalqa xidmət” Partiyasının sədri Vladimir Zelenski hamıdan çox (30,24 faiz) səs alıb. İkinci yerdə hazırk prezident Petro Poroşenko (15,95 faiz), üçüncü yerdə “Batkivşina” Partiyasının lideri Yuliya Timoşenko (13,4 faiz) qərarlaşıb. Beləliklə, V.Zelenski və P.Poroşenko ikinci turda iştirak edəcək.

Qeyd edək ki, bundan öncə Ukrayna MSK rəsmi olaraq prezident seçkilərinin ikinci turunun keçiriləcəyini açıqlayıb. Protokolların 60 faizinin emalından sonra heç bir namizədin səs çoxluğu qazana bilmədiyi aydın olmuşdu. Bunu Ukrayna MSK-nın sədri Tatyana Slipaçuk bildirmişdi.

Ukraynada prezident seçkisi martın 31-də keçirilib. Seçici fəallığı 63,5 faizə yaxın olub. Seçkidə 39 namizəd iştirak edib. İkinci tur aprelin 21-də keçiriləcək.

SSRİ-nin dağılmasından sonra Ukraynada yalnız bir prezident iki müddəfə hakimiyyətdə qala bilib. Bu, 1994-cü ildən 2005-ci ilədək ölkənin lideri olmuş Leonid Kuçmadır.


Müəllif: Səxavət

Oxşar xəbərlər