Kreml Ukraynada prezident seçkilərinin ikinci turuna keçən namizədlərin heç birini təbrik etməyəcək.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Rusiya hakimiyyəti Ukraynanın cənub-şərqindəki problemin mərhələli şəkildə həllinə səy göstərəcək şəxsi ölkə prezidenti kimi görmək istəyərdi.