Vaşinqton müstəqil şəkildə Rusiya ordusunun Ukraynada iştrakını isbat edə bilmir.
ANS PRESS-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Cenifer Psaki bildirib.
“Hesab edirəm ki, ordunun müharibədə iştrakını müstəqil sübuta yetirmək üçün heç bir yenilik yoxdur”- deyə Psaki brifinqdə bildirib.
Bununla yanaşı Dövlət Departament rəsmisi Rusiyaya qarşı sanksiyaların effektli olduğunu qeyd edib.
Kreml isə öz növbəsində bir daha Rusiya ordusnun Ukraynaya keçməsi barədə məlumatları təkzib edib. “Artıq bu barədə müvafiq izahatlar verilib”- deyə RF prezidentinin köməkçisi Yuriy Uşakov jurnalistlərə bildirib.
O artıq bu barədə tərəflərindən bir çox təkzibin təqdim edildiyini xatırladır.
“Rusiya işğalı haqqında hekayələr indi az deyil. Belə bir təəsürat yaranır ki. kiyevli siyasətçilər, jurnalistlər, bloggerlər bəzi moskvalı müxalifçilər kimi sözün əsl mənasında Ukrayna ilə Rusiyanın əsl müharibə etməyini istəyir" - deyə Uşakov bildirib.
Daha öncə Uşakov İtaliyanın “La Repubblica” qəzetinin yaydığı Putinin Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozo ilə telefon müzakirəsi zamanı dediyi “əgər istəsəm, Kiyevi iki həfətə içində zəbt edə bilərəm” sözünə də münasibət bildirmişdi.
Kreml müşaviri bu şərhin “kontekstdən çıxarıldığını və tamamilə başqa mənada işləndiyini” bildirib. İkili danışıqlar zamanı sözlərin çoxmənalı çıxarılmasını diplomatiyaya yaraşdırmayan Uşakov lazım gələrsə Rusiyanın Barrozo ilə danışıqlarının hamısını ictimailəşdirməyə hazır olduğunu qeyd edib.