5 Aprel 2019 10:26
598
12 Punto 14 Punto 16 Punto 18 Punto

AKP bələdiyyə seçkilərinin indiki nəticələrinə görə uduzduğu böyük şəhərlər uğrunda mübarizəni davam etdirir.

Teleqraf.com xəbər verir ki, hakimiyyət partiyası Ankarada bəzi qəsəbələrdə səslərin sayılması haqda etirazından sonra yeni hüquqi yollara əl atmaq niyyətindədir.

AKP bu dəfə Ankarada səslərin bütövlükdə təkrar sayılmasını istəyir. Bu məqsədlə AKP seçki komissiyaları qarşısında məsələ qaldıracaq. Əgər onların qaldırdığı məsələ rədd olunarsa, bu zaman Yüksək Seçki Qurumuna müraciət olunacaq.

Qeyd edək ki, son 5 gündə AKP-nin tələbi ilə Ankaranın 12 qəsəbəsində səslər yenidən sayılıb və bu yolla onun namizədinə əlavə 1805 səs yazılıb. Bu isə son nəticəni dəyişməyib.

Bu gün saat 17:00 qədər AKP Ankarada səslərin yenidən sayılması üçün seçki qurumları qarşısında məsələ qaldıracaq.


Müəllif: Cavad

Oxşar xəbərlər