5 Aprel 2019 14:03
825
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada yeni doğulanlara daha çox hansı adların qoyulduğu açıqlanıb.

Teleqraf.com xəbər verir ki, “Russian Today” müvafiq reytinqi regional qeydiyyat idarələrinin məlumatları əsasında tərtib edib.

Məlum olub ki, ölkədə ən məşhur kişi adı Artyomdur. Ölkənin 34 regionunda, o cümlədən Bryansk vilayətində, Perm və Kamçatka diyarında, həmçinin Buryatiya Respublikasında oğlanlara ən çox bu ad qoyulur.

Ən geniş yayılmış kişi adlarının ikinci pilləsində Aleksandr adı qərarlaşıb. Ölkənin 10 regionunda, o cümlədən Moskva və Sankt-Peterburqda oğlan uşaqlarına verilən adlar arasında ikinci yerdə bu ad dayanıb.

Yeni doğulmuş qızlar ən çox Sofiya adını daşıyırlar (Moskva, Yakutiya, Murmansk vilayəti də daxil olmaqla 21 regionda). Sonrakı ad Anastasiyadır (10 regionda, xüsusilə Sevastopol şəhəri, Arxangelsk və Novqorod vilayətlərində).

Viktoriya adı Çelyabinsk vilayəti və Zabaykalye diyarı ərazisi daxil olmaqla, ölkənin 9 regionunda ən populyar ad sayılır.

Müxtəlif regionlarda populyar kişi və qadın adları arasında, həmçinin, Arina (Həştərxan vilayəti), Kseniya (Voloqda vilayəti), Adelina (Başqırdıstan), Maksim (Çuvaşiya) və Roman (İrkutsk vilayəti) adlarına təsadüf edilib.

eytinq tərtib edilərkən ölkənin 53 bölgəsinin vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı idarələrinin rəsmi statistikasından və açıq mənbələrin 2013, 2015, 2016 və 2018-ci illərdəki məlumatlarından istifadə edilib.


Müəllif: Səxavət

Oxşar xəbərlər