Özlərinə bu qədər güvənirlərsə, buyursunlar, səsləri sayaq, heç kəsin şübhəsi qalmasın.
Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının İstanbul Böyükşəhər Bələdiyyə sədrliyinə namizədi Binəli Yıldırım seçki nəticələri ilə bağlı etirazlara cavab olaraq deyib.
Onun sözlərinə görə, gözləməkdən başqa çarə yoxdur: “Yüksək Seçki Qurumu bu prosesi idarə edəcək. Hər şey qanunauyğun şəkildə davam edir. Aradakı nisbət fərqi azalır. Hazırda vəziyyət aydınlaşmadan açıqlama verməyim doğru olmazdı. Aradakı fərq 29 mindən 18 min civarına düşüb”.
Binəli Yıldırım vurğulayıb ki, hələ sayılmayan seçki qutusu çoxdur: “Səslərin sayılması başa çatanda vəziyyətin dəyişəcəyi qənaətindəyik. Bundan başqa nə isə demək ictimaiyyəti yanlış məlumatlandırmaq olardı”.