İranda siyasət yürütmək imkanı qalmayıb. Ölkənin iqtidarını əlində saxlayanlar hər siyasi düşüncəyə bir etiket yapışdırır. Siyasətçilərə təklif edilən variantlar bunlardır: ya həbsxanaya get, ya İrandan qaç, ya da evdə oturub səsini çıxarma.
Teleqraf.com xəbər verir ki, bu sözləri İranın sabiq prezidenti Mahmud Əhmədinejat deyib.
Onun sözlərinə görə, İran dünyanın ən azad ölkəsi olmalıdır: “Lakin burada bir komandirə gözünün üstündə qaşın var desən, inqilab düşməni olarsan. Bəziləri deyir ki, azadlıq versək, xalq azar. Xalq azar deyənin özü pozulub və fürsət düşdükcə azğınlığı yayır”.
Mahmud Əhmədinejat bildirib ki, xalqın etiraz aksiyası keçirməsi üçün icazə verilməlidir: “Əgər mitinq keçirmək istəyənlərin yolunu bağlasaq, məsələ şiddətlənəcək və radikallaşma artacaq. Niyə xalqımız bir araya gəlib “qəbul edilən qərarlar yanlışdır” deyə bilmir? Bir səbəb göstərin”.